Xəzər Xəbər

"Qalatasaray"ın futbolçusu İtaliya klublarının hədəfində

İdman | 14:14 • 27 İyun 2022
"Qalatasaray"ın futbolçusu İtaliya klublarının hədəfində

"Qalatasaray"ın yarımmüdafiəçisi Aleksandru Çikıldeu karyerasını İtaliyada davam etdirə bilər. 

Məlumatı "Fanatik" yayıb. 

Xəbərə görə, rumıniyalı futbolçu “Sampdoriya”, “Fiorentina” və “Atalanta”nın maraq dairəsindədir. 

İstanbul təmsilçisi Çikıldeunu 8 milyon avroya buraxmağa hazırdır.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qalasataray"da çıxış edir. 32 matçda meydana çıxan Aleksandru 4 qola imza atıb. /Fanat.Az

Xəbər lenti

Çox oxunanlar