Xəzər Xəbər

"Barselona" Xaviyə görə "Əl-Sədd"ə təzminat ödəyəcəkmi?

İdman | 10:15 • 30 Oktyabr 2021
"Barselona" Xaviyə görə "Əl-Sədd"ə təzminat ödəyəcəkmi?

"Barselona" Xaviyə görə Qətərin "Əl-Sədd" klubuna təzminat ödəməyəcək.

"Marca" xəbər verir ki, 41 yaşlı mütəxəssis öncədən "Əl-Sədd" rəhbərliyi ilə Kataloniya təmsilçisindən təklif alacağı halda, havayı buraxılmasını razılaşdırıb. 

 

Qətər təmsilçi noyabrın 4-də ispaniyalı çalışdırıcının postundan ayrıldığını açıqlayacaq.

Xavi 1998-2015-ci illər aralığında "Barselona"da çıxış edib. O, 2019-cu ildən çalışdırdığı "Əl-Sədd" ilə 7 titul qazanıb. Komanda onun rəhbərliyi altında çıxdığı son 34 matçda uduzmayıb./fanat.az

Xəbər lenti