Xəzər Xəbər

Messi fasilədə niyə əvəzləndi? - Səbəb açıqlandı

İdman | 10:07 • 30 Oktyabr 2021
Messi fasilədə niyə əvəzləndi? - Səbəb açıqlandı

PSJ-nin argentinalı ulduzu Lionel Messi Liqa 1-in 12-ci turu çərçivəsində keçirilən oyunun - "Lill"ə Parisdə baş tutan qarşılaşmanın (2:1) fasiləsində əvəzlənib.

Jurnalist Ernan Klaus argentinalı ulduzun oyundan alınmasının səbəbini şəxsi "Twitter" hesabında açıqlayıb.

 

Mənbə Messinin özünü narahat hiss etdiyinə görə yerini 46-cı dəqiqədə həmyerlisi Mauro İkardiyə vermək məcburiyyətində qaldığını açıqlayıb. Klaus hələ bu qarşılaşmadan öncəki məşqdə səhhətində problemlər yaranan Leonun oyun zamanı müəyyən ağrılardan əziyyət çəkdiyini vurğulayıb.

Qeyd edək ki, ilk yarıda qapısında qol görən PSJ Messi oyundan alınandan sonra geridönüş etməyi bacarıb./fanat.az

Xəbər lenti