Xəzər Xəbər

Xavi "Barselona"ya keçdi, yoxsa? Təfərrüat

İdman | 14:42 • 28 Oktyabr 2021
Xavi "Barselona"ya keçdi, yoxsa?

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavinin "Barselona"ya mümkün keçidinin təfərrüatları açıqlanıb.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb. 

Futbol insayderinin sözlərinə görə, "Barselona"nın idarə heyəti bir neçə həftə əvvəl Xavi ilə əlaqə saxlayıb. Xavi hazırda baş məşqçisi olduğu "Əl-Sədd"lə bu gün danışıqlara başlayacaq. Onu "Barselona"nın baş məşqçisi kimi təqdim etmək üçün hələ tezdir. Proses yeni başlayıb". 

Xatırladaq ki, ötən gün "Barselona" baş məşqçisi Ronald Kumanı istefaya göndərdiklərini elan edib./Fanat.Az

Xəbər lenti