Xəzər Xəbər

“Qalatasaray”ın gənc ulduzuna “İnter” “elçi düşdü”

İdman | 16:00 • 28 Oktyabr 2021
“Qalatasaray”ın gənc ulduzuna “İnter” “elçi düşdü”

Yay transfer mövsümündə gənc futbolçu transferləri ilə gündəmə gələn “Qalatasaray” artıq bu strategiyanın bəhrəsini görməyə başlayıb.

Belə ki, “Qalatasaray”ın “Alanyaspor”dan transfer etdiyi Berkan Kutlu Avropa klublarının maraq dairəsinə düşüb.

Bu klublardan biri də İtaliya nəhəngi “İnter” olub. Milan təmsilçisi artıq futbolçunu izləmək üçün skautlarını “Beşiktaş”la “Cimbom” arasındakı derbiyə də göndərib.

İtalyanların Berkan Kutlu üçün beş milyon avro ödəməyə hazır olduğu bildirilir.

Mənbə: Calciomercatonews

Xəbər lenti