Xəzər Xəbər

Əfsanə geri dönür: "Karvan" Region Liqasında

İdman | 21:58 • 20 Oktyabr 2021
Əfsanə geri dönür: "Karvan" Region Liqasında

2021/2022 mövsümündə Region Liqasında çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.

XəzərXəbər xəbər verir ki, "Karvan" klubu yeni mövsümdən həvəskar komandalar arasında çempionatda mübarizə aparacaq.

Yevlax təmsilçisinin yarışda iştirakı artıq təsdiqlənib.

Qeyd edək ki, 2004-cü ildə təsis olunmuş "Karvan" klubu 2014-cü ildə fəaliyyətini dayandırıb. Premyer Liqanın gümüş və bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olmuş kollektiv UEFA Kubokunda ilk dəfə mərhələ keçən Azəbaycan təmsilçisi kimi tarixə düşüb.

Xəbər lenti