Xəzər Xəbər

“Zəfər Liqası” turnirinin püşkü atıldı

İdman | 21:43 • 20 Oktyabr 2021
“Zəfər Liqası” turnirinin püşkü atıldı

Azərbaycan Futbol Federasiyaları Asossasiasiyası və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər Liqası”nın püşkü atılıb.

XəzərXəbər xəbər veir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak ediblər.

8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaqlar.

Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Xəbər lenti