Xəzər Xəbər

“Yuventus” yenə qələbə qazana bilməyib

İdman | 09:23 • 20 Sentyabr 2021
“Yuventus” yenə qələbə qazana bilməyib

Futbol üzrə İtaliya A Seriyasının dördüncü turunun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, “Alianz Arena” stadionunda baş tutan görüşdə iki əzəli rəqib “Yuventus” və “Milan” klubları üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı erkən qolla meydan sahibləri açsa da, fasilədən sonra “Milan” klubu tarazlığı bərpa edib. Turin təmsilçisinin heyətində Alvaro Moratta (4), qonaqların isə Ante Rebiç (76) fərqləniblər.

Qeyd edək ki, “Yuventus” klubu cari mövsüm qələbə qazanmayıb. Komandanın aktivində 2 xal var. “Milan” isə 10 xalla ikinci yerdə qərarlaşıb. Eyni xala malik “İnter” top fərqinə görə liderdir.

Tura bu gün keçiriləcək “Udineze” - “Napoli” oyunu ilə yekun vurulacaq.

Xəbər lenti