Xəzər Xəbər

“Başakşəhər” İstanbul derbisində “Fənərbağça”nı məğlub edib

İdman | 09:22 • 20 Sentyabr 2021
“Başakşəhər” İstanbul derbisində “Fənərbağça”nı məğlub edib

Sentyabrın 19-da futbol üzrə Türkiyə çempionatının V turu çərçivəsində "Başakşəhər" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib. "Başakşəhər"in qollarını Stefano Okaka (16) və Fredrik Qulbrendsen (90+1) vurub.

Günün digər matçında "Qalatasaray" öz meydanında "Alanyaspor"a minimal hesabla uduzub - 0:1. "Hatayspor" isə doğma divarlar arasında "Kayserispor"u 1:0 hesabı ilə üstələyib. "Giresunspor" - "Konyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xal toplayan "Trabzonspor" ikinci, 11 xala malik olan "Konyaspor" isə üçüncü pillədə qərarlaşıb.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024