Xəzər Xəbər

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

İdman | 09:55 • 11 May 2021
Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınıb.

Bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb. O bildirib ki, bununla bağlı rəsmi qərar bir neçə saat ərzində açıqlanacaq.

Bundan əvvəl UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməmişdi.

İngiltərənin “Çelsi” və “Mançester Siti” klublarının üz-üzə gələcəyi həlledici görüşün London və ya Lissabonda baş tutacağı deyilir.

Xəbər lenti