Xəzər Xəbər

"Barselona" çempion olsa belə, Kuman qovula bilər

İdman | 10:08 • 11 May 2021
"Barselona" çempion olsa belə, Kuman qovula bilər

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi tutduğu postu mövsümün sonunda tərk edə bilər.

ESPN xəbər verir ki, klubun Direktorlar Şurasının bəzi üzvləri hollandiyalı mütəxəssisin oyun üslubunun uzunmüddətli hədəflərə uyğun olmadığını bildirib. Bu, hətta Kataloniya təmsilçisi ölkə çempionluğu qazansa belə, baş verəcək.

Mövsümün sonuna 3 tur qalmış qızıl medala 4 klub - "Atletiko" (77 xal), "Real Madrid", "Barselona" (hər ikisi 75) və "Sevilya" (71) iddia edir.

Daha əvvəl "Barselona" finalda "Atletik"i 4:0 hesabı ilə darmadağın edərək, İspaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Ronald Kuman komandaya 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2022-ci ilədəkdir./report

Xəbər lenti