Xəzər Xəbər

Mahir Emrelinin durumuna aydınlıq gəldi

İdman | 16:17 • 31 Mart 2021
Mahir Emrelinin durumuna aydınlıq gəldi

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya yığması ilə oyununda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

XəzərXəbər Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, yığma həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Həkimlərin ilkin diaqnozuna görə, forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Azərbaycan - Serbiya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti