Xəzər Xəbər

Ronaldo dünya rekorduna yaxınlaşır

İdman | 14:56 • 31 Mart 2021
Ronaldo dünya rekorduna yaxınlaşır

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millidə 103-cü qolunu vurub.

Xezerxeber.az xəbər verir ki, 36 yaşlı futbolçu 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Lüksemburqla qarşılaşmada vurduğu qolla (3: 1) dünya rekorduna daha da yaxınlaşıb. Belə ki, dünya rekordunu qırmaq üçün Ronaldo Portuqaliya millisində daha 7 qol vurmalıdır.

K.Ronaldo 2004-cü ildən indiyədək hər təqvim ilində milli komandada qol vurub.

Xəbər lenti