Xəzər Xəbər

Aquero "Mançester Siti"dən ayrılacaq

İdman | 14:29 • 30 Mart 2021
Aquero "Mançester Siti"dən ayrılacaq

"Mançester Siti" mövsümün sonunda hücumçusu Serxio Aquero ilə yollarını ayıracaq.

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, argentinalı forvardın başa çatacaq müqaviləsi uzadılmayacaq.

32 yaşlı futbolçu "şəhərlilər"də keçirdiyi 384 oyunda 257 qol vurmaqla klub tarixinin bombardiridir. 

Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə keçib. Onun yayda "Barselona"ya keçəcəyi gözlənilir.

Xəbər lenti