Xəzər Xəbər

"Barselona" Erlinq Holandı transfer edir?

"Barselona" Erlinq Holandın transferi məsələsinə aydınlıq gətirdi
İdman | 11:55 • 21 Mart 2021
"Barselona" Erlinq Holandı transfer edir?

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman "Borussiya" (Dortmund, Almaniya) komandasının futbolçusu Erlinq Holandın mümkün transferi haqqında suala cavab verib.

Bu barədə “Goal” bildirib.

"Onun klubuna hörmət etdiyimə görə indi bizim olmayan oyunçu haqqında danışmaq vaxtı deyil. Transferlər haqqında danışıqlar xoşuma gəlmir. Mən diqqəti sabahkı oyuna yönəltməliyəm", - Kuman deyib.

Holandın cari mövsümdə 29 matç keçirib və 30 qol vurub. Oyunçu ilə İngiltərənin "Mançester Siti", Turinin "Yuventus" komandaları, “Real Madrid” və Fransa PSJ-si yaxından maraqlanırlar.

Xəbər lenti