Xəzər Xəbər

“Yuventus” İspaniya, MS Almaniya səfərində

İdman | 14:21 • 20 Fevral 2019
“Yuventus” İspaniya, MS Almaniya səfərində

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq.

XəzərXəbər xəbər verir ki, keçiriləcək iki qarşılaşmadan biri Madrid, digəri isə Helzenkirhendə baş tutacaq.

Günün ən çox diqqət çəkən oyunu "Atletiko” ilə "Yuventus” arasında olacaq. İddialı iki komandanın mübarizəsində kimin mərhələ adlayacağında ilk oyunun nəticəsi də həlledici əhəmiyyət daşıyır.

Mərhələnin digər oyununda isə "Mançester Siti” "Şalke”yə qonaq olacaq. İngilislər səfərdə oynamasına baxmayaraq, həm bu qarşılaşmanın, həm də ümumilikdə cütün favoriti hesab olunurlar.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

00:00. "Atletiko” (Madrid, İspaniya) – "Yuventus” (Turin, İtaliya)

Madrid, "Vanda Metropolitano”. Baş hakim: F. Zvayer (Almaniya)

00:00. "Şalke” (Helzenkirhen, Almaniya) – "Mançester Siti”

Helzenkirhen, "Veltins Arena”. Baş hakim: K. Del Korro

Xəbər lenti