Xəzər Xəbər

Çingiz Ünder Premyer Liqaya transfer olunur 60 milyon avro

İdman | 14:52 • 20 Fevral 2019
Çingiz Ünder Premyer Liqaya transfer olunur

"Çelsi" "Real"a keçəcəyi gözlənilin Eden Hazardın yerinə türk futbolçu transfer edəcək.


"Turkish-Football" xəbər verir ki, London klubu "Roma"dan Çingiz Ünderi transfer siyahısına salıb. Bildirilir ki, hücumçun hər iki cinahında oynayan 21 yaşlı futbolçu "Çelsi" üçün ən ideal variant hesab olunur.


Yay transfer dönəmində adı bir sıra avropa nəhəngləri ilə yanaşı çəkilən Çingiz Ünder üçün "Roma"nın 60 milyon avro tələb etdiyi deyilir. "Çelsi" Eden Hazardı satacağı halda bu məbləği "Roma"ya ödəməyə razılıq verəcək.


Qeyd edək ki, Çingiz Ünder bu mövsüm 25 rəsmi matça çıxaraq 6 qol vurub və 9 məhsuldar ötürmə edib. "Roma" 2022-ci ilədək müqaviləsi olan futbolçunu 2017-ci ildə "Başakşəhər"dən 13,4 milyon avroya almışdı.


Fanat.Az

Xəbər lenti