Xəzər Xəbər

PSJ-də ayrılıq

İdman | 10:54 • 20 Fevral 2019
PSJ-də ayrılıq

PSJ yarımmüdafiəçisi Lassana Diarra ilə yolları ayırıb.

"Le Parisien" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Dizindəki zədə səbəbində Paris klubunda möhkəmlənə bilməyən futbolçunun karyerasını başa vuracağı barədə iddialar var.

Qeyd edək ki, Diarra 2018-ci ildə BƏƏ təmsilçisi "Əl-Cəzirə"dən PSJ-yə keçmişdi. Fransa millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Portsmut", "Real", "Anji", "Lokomotiv", "Marsel" kimi klubların formasını geyinib.

Xəbər lenti