Xəzər Xəbər

Məşhur türkiyəli futbolçu ağır zədələndi UZUN MÜDDƏT OYNAMAYACAQ

İdman | 15:22 • 20 Yanvar 2019
Məşhur türkiyəli futbolçu ağır zədələndi

"Roma" ciddi itkiylə üzləşib.

Paytaxt klubunun yarımmüdafiəçisi Cengiz Ünder İtaliya A Seriyasının 20-ci turunda "Torino" ilə matçda sıradan çıxıb. 6-cı dəqiqədə zədələnərək, meydanı tərk edən futbolçu uzun müddət oynamayacaq. Komandanın baş məşqçisi Eysebio Di Françesko türkiyəli ulduzun zədəsi barədə bunları deyib: "Dəqiq budur ki, Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılarvar. Uzun müddət oynamayacaq".

21 yaşlı sağ cinah vinqeri cari mövsüm "canavarlar"ın heyətində 25 oyuna 6 qol vurub, 9 assist edib.

Xəbər lenti