Xəzər Xəbər

Darmadağınla uduzan Anridən sərt reaksiya

İdman | 15:29 • 20 Yanvar 2019
Darmadağınla uduzan Anridən sərt reaksiya

Fransa I Liqasında ağır günlər keçirən "Monako" 21-ci turda evdə "Strasburq"a 1:5 hesabı ilə uduzub.

XəzərXəbər "France Football"a istinadən xəbər verir ki, "knyazlıq klubu"nun baş məşqçisi Tyerri Anri oyunun 43-cü dəqiqəsində 1:2 hesabı ilə uduzduqları an rəqibin müdafiəçisi Kenni Lalanı təhqir edib. Fransız mütəxəssisin 27 yaşlı futbolçuya söyüş söyməsi kameralara düşüb. "Hələ 43-cü dəqiqədir, tez ol, nənəsi fahişə! Fahişə nənənin xətrinə, topu qaytar" sözləri Anrinin dilindən çıxıb.

Qeyd edək ki, "Monako" Liqa 1-də 21 turdan sonra 15 xalla 19-cudur.

Xəbər lenti