Xəzər Xəbər

"Beşiktaş" BƏYANAT yaydı : "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

İdman | 10:14 • 27 Aprel 2018
"Beşiktaş" BƏYANAT yaydı

Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və 57-ci dəqiqədə təxirə salınan"Fənərbaxça" - "Beşiktaş" görüşü yenidən keçirilməyəcək.

Türkiyə Futbol Federasiyasının qərarına əsasən, İstanbul derbisi mayın 3-də təxirə salındığıdəqiqədən etibarən, azarkeşsiz davam etdiriləcəkdi. Lakin "Beşiktaş" bu oyuna çıxmamaq qərarı alıb. Klub məlumatı rəsmi saytı vasitəsi ilə bu barədə bəyanat yayıb.

Xatırladaq ki, oyunun 57-ci dəqiqəsində, hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı. İlk oyun isə 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Xəbər lenti