Xəzər Xəbər

İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir

İdman | 12:04 • 14 Mart 2018
İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Son gündə İngiltərə çempionu "Çelsi” səfərdə İspaniya nəhəngi "Barselona” ilə üz-üzə gələcək.

Digər görüşdə isə Türkiyə çempionu "Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi "Bavariya” ilə qarşılaşacaq.

Xatırladaq ki, "Real” (İspaniya), "Yuventus” (İtaliya), "Liverpul” (İngiltərə), "Mançester Siti” (İngiltərə), "Roma” (İtaliya) və "Sevilya” (İspaniya) klubları artıq 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
14 mart

21:00. "Beşiktaş” - "Bavariya” (İlk oyun 0:5)

23:45. "Barselona” - "Çelsi” (İngiltərə) (İlk oyun 1:1)

Xəbər lenti