Xəzər Xəbər

Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib

İdman | 10:05 • 14 Mart 2018
Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçirilib.


Xezerxeber.az məlumat verir ki, iki cavab qarşılaşmasında "Roma” və "Sevilya” komandaları dörddəbir finala vəsiqə qazanıblar. İlk oyunda "Şaxtyor”a səfərdə 2:1 hesabı ilə məğlub olan "Roma” doğma meydanda minimal hesabla qələbə qazanıb - 1:0. Ümumi hesab 2:2 olsa da, səfərdə vurulan 1 qolun nəticəsinə əsasən italyanlar növbəti mərhələyə keçiblər.


"Mançester Yunayted” isə "Sevilya” səddini keçə bilməyib - 1:2 (0:0). "Qırmızı şeytanlar” doğma meydanda gözlənilmədən məğlubiyyətə uğrayıblar - 1:2.


Xatırladaq ki, "Beşiktaş” - "Bavariya”, "Barselona” – "Çelsi” oyunlarından sonra səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Xəbər lenti