Xəzər Xəbər

Futbol üzrə dünya çempionatının hakimləri martda müəyyənləşəcək

İdman | 11:49 • 4 Mart 2018
Futbol üzrə dünya çempionatının hakimləri martda müəyyənləşəcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını martın sonlarında müəyyənləşdirməyi planlaşdırır.

Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün FİFA Hakimlər departamentinin rəhbəri Massimo Buzakka bildirib.

FİFA martın 25-də Dubayda keçirilən iki günlük seminardan sonra dünya çempionatı üçün hakimlərin yekun siyahısını müəyyənləşdirəcək. Braziliyada keçirilən dünya çempionatında olduğu kimi Rusiyada da 25 hakim briqadasının oyunları idarə edəcəyi gözlənilir. M. Buzakka qeyd edib ki, Braziliyadan fərqli olaraq hakimlərin siyahısının yanvarda deyil, martda müəyyənləşdirilməsinin səbəbi isə Rusiyada keçiriləcək dünya çempionatında hakimlərə kömək məqsədi ilə video sisteminin tətbiq olunacağı ilə bağlıdır.

Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçirəcək.

Xəbər lenti