Futbol üzrə İtaliya millisinin və "Fiorentina” klubunun üzvü Davide Astori dünyasını dəyişib.
Xezerxeber.az məlumat verir ki, 31 yaşlı futbolçu bu gün səhər Udine şəhərindəki mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb. Müdafiəçinin yuxudan ayılmadığı və infarkt keçirdiyi bildirilir.
"Fiorentina” kapitanının qəfil vəfatı səbəbindən bu gün A Seriyasında keçirilməli olan bütün oyunlar təxirə salınıb.