Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin avtobusu qəzaya uğrayıb. Qəza nəticəsində sürücü, 1961-ci il təvəllüdlü Xəlil Cavadov ölüb.
Avtobusda sürücü tək olub. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)