Xəzər Xəbər

Vətəndaşların bank hesablarından pul oğurlayan şəxslər ifşa edildilər

Hadisə | 15:12 • 27 İyun 2022
Vətəndaşların bank hesablarından pul oğurlayan şəxslər ifşa edildilər

İyunun 10-da Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb.

İyunun 22-də isə elə həmin polis şöbəsinə Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyənləşdirilərək polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti