Xəzər Xəbər

Bakıda evdən 100 min manatdan çox pul oğurlanıb

İki nəfər tutulub
Hadisə | 12:31 • 23 May 2022
Bakıda evdən 100 min manatdan çox pul oğurlanıb

Xətai rayonu, M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 min dollar (təxminən 105 min 400 manat) oğurlanıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar