Xəzər Xəbər

Uşaqlarını görməyə gələn kişini döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR

Hadisə | 16:19 • 15 May 2022
Uşaqlarını görməyə gələn kişini döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Əbülfərz Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 19-da, saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyev almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölüb.

Müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib və o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq müəyyən edib ki, yanvar 19-da axşam saatlarında Ramin Atakişiyev övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Ramin Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı Əbülfəz qarşılayıb.

Əbülfəz Ramin Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. Xəstəxanada o, vəfat edib.

İstintaq orqanı tərəfindən Əbülfəz Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib./Teleqraf.com

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024

Xəbər lenti