Xəzər Xəbər

Sumqayıtda iki minik avtomobili toqquşub

Hadisə | 09:12 • 21 Yanvar 2022
Sumqayıtda iki minik avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Daewoo" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti