Xəzər Xəbər

Bakıda dilənçilər özlərini avtomobilin altına atır - Polis işə qarışdı

Hadisə | 10:31 • 10 Dekabr 2021
Bakıda dilənçilər özlərini avtomobilin altına atır - Polis işə qarışdı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özlərini avtomobilin altına atan şəxslərlə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülər araşdırılır.

"Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb", - şöbə rəisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.

Xəbər lenti