Xəzər Xəbər

“Azərişıq” ASC-nin iki əməkdaşı bıçaqlanıb, cinayət işi açılıb

Hadisə | 20:35 • 9 Dekabr 2021
“Azərişıq” ASC-nin iki əməkdaşı bıçaqlanıb, cinayət işi açılıb

Ağdam rayonunda “Azərişıq” ASC-nin iki əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.

O bildirib ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə “Azərişıq” ASC-nin iki əməkdaşına bıçaqla xəsarət yetirib.

O, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranan münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.

Daha sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Kərimov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti