Xəzər Xəbər

FHN yeni məlumat yaydı

Hadisə | 11:12 • 26 Sentyabr 2021
FHN yeni məlumat yaydı

Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub.

Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Xəbər lenti