Xəzər Xəbər

Samux sakini yıxılaraq ölüb

Hadisə | 11:33 • 19 Sentyabr 2021
Samux sakini yıxılaraq ölüb

Samuxda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti