Xəzər Xəbər

Kürdəmirdə polis reyd keçirdi, 22 nəfər cərimələndi

Hadisə | 15:14 • 14 Aprel 2021
Kürdəmirdə polis reyd keçirdi, 22 nəfər cərimələndi

Baş Dövlət Yol Polis İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbirlər planına uyğun olaraq rayon ərazisində reyd keçiriblər.

Reyd əsasən sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi daşıyıb.

Reyd zamanı yol polisi əməkdaşları istər sürücülərlə, istərsə də piyadalarla profilaktik söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər. Reyd zamanı ümumilikdə 30-a yaxın piyada və sürücü saxlanılıb, onlardan 20 nəfər piyada və 2 nəfər sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.

Reydlərin ilin sonuna qədər mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur./report

Xəbər lenti