Xəzər Xəbər

Yoluxma sayında kəskin artım - 1000 nəfərə yaxınlaşdı

Azərbaycanda daha 980 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Hadisə | 13:50 • 16 Mart 2021
Yoluxma sayında kəskin artım - 1000 nəfərə yaxınlaşdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

Xəbər lenti

Çox oxunanlar