Xəzər Xəbər

Bakıda odlu silahdan istifadə ilə adam qətlə yetirilib

Hadisə | 11:43 • 14 Dekabr 2020
Bakıda odlu silahdan istifadə ilə adam qətlə yetirilib

Dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


İstintaqla hadisənin zərərçəkmişin qaynatası, 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  apa


Nərmin




Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024

Xəbər lenti