Xəzər Xəbər

Bakıda gecə klubunda 28 yaşlı qızı döydülər: xəstəxanalıq oldu

Hadisə | 13:26 • 19 Aprel 2019
Bakıda gecə klubunda 28 yaşlı qızı döydülər:

Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.


ONA-nın xəbərinə görə, hadisə "Palermo" gece klubunda baş verib.


Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.


28 yaşlı qız xəstəxanaya yerləşdirilib.


Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.

Xəbər lenti