Xəzər Xəbər

Belə nənə olmaz olsun! Nəvəsini zibilliyə atdı - "Üşüməsin deyə..."

Hadisə | 15:54 • 7 Mart 2019
Belə nənə olmaz olsun!

Ərzurumda evlilikdən kənar əlaqədən dünyaya gələn körpəni sellofana qoyub zibilliyə atdığı iddiası ilə həbs olunan Aydan Kağızmanlı (24) ilə anası Fadime Kağızmanlının mühakimə olunmasına başlanıb.

Məhkəmə sədrinin, yeni doğulmuş bir uşağın, çılpaq və ac bir şəkildə küçəyə buraxanda ölmə ehtimalını düşünüb-düşünə bilmədikləri sualına nənə Fadime Kağızmanlı "sellofanın ağzını üşüməsin deyə bağlamışdım" cavabını verib.

Hadisə keçən il 28 avqustda Qurtuluş Məhəlləsində baş verib. Yaxınlarının toyu üçün Kayseridən Aydan Kağızmanlı, qonaq olduğu evin tualetində doğuş keçirib. Aydan Kağızmanlı vəziyyəti anası Fadime Kağızmanlıya danışıb və evlilik xarici münasibətdən dünyaya gətirdiyi oğlan uşağını zibilliyə atmağa qərar verib.

Səhər namazı üçün bölgədəki Həsən Baba Məscidinə gedən Seyfəddin Fermer, zibil konteynerindən gələn körpə ağlama səsini eşidib. Zibillikdə poşet içində körpə olduğunu görən Fermer, məscid imamından kömək istəyib. İmam Kamil Turqut və Seyfəddin Fermer, polis və səhiyyə dəstələrinə xəbər verib. Gələn təcili tibbi yardım maşınıyla körpə xəstəxanaya qaldırılarkən, polis, apardığı araşdırmanın ardından Aydan Kağızmanlı və anası Fadime Kağızmanlını saxlayıb.

Müalicəsi başa çatan körpə, Ərzurum Ailə, Əmək və Sosial Xidmətlər Rayon İdarəsinə təhvil verilib. Aydan Kağızmanlı və Fadime Kağızmanlı isə həbs olunub.

Ana və qızı barəsində Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində uşağa və ya bədən və ruh baxımından özünü müdafiə etməyəcək vəziyyətdə olan şəxsə qarşı qəsdən öldürməyə cəhd etmə cinayətindən 13 ildən 20 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb./Metbuat.az

Xəbər lenti