Xəzər Xəbər

Heydər Əliyev prospektində güclü tıxac yaranıb

Hadisə | 15:25 • 7 Mart 2019
Heydər Əliyev prospektində güclü tıxac yaranıb

Paytaxtda, Heydər Əliyev prospektində qəza baş verib.

Qəza prospektin köməkçi yolunda, metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

"Hundai” markalı 90-NO-760 dövlət nömrə nişanlı minik avtomobili "Shacman” və "İsuzu” markalı yük avtomobillərinin arasında qalıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəza nəticəsində Heydər Əliyev prospektinin köməkçi yolunda tıxac yaranıb.(Trend)

Xəbər lenti