Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın Sakinlər təxliyyə edilib

Hadisə | 10:38 • 20 Yanvar 2019
Bakıda yaşayış binasında yanğın
Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.

Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti