Xəzər Xəbər

Biznesmenin 400 minlik avtomobili yandı - FOTO

Hadisə | 15:49 • 7 Oktyabr 2018
Biznesmenin 400 minlik avtomobili yandı -

İstanbulun Beykoz adlanan hissəsində bahalı avtomobil yanıb.


milliyet.com.tr-nin məlumatına görə, Fatih Aydın adlı iş adamının üsrdüyü "Range Rover” markalı avtomobil qəfil alışmağa başlayıb. Sürücü maşını tərk edib və dərhal yanğınsöndürənlərə zəng edib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alsa da, maşın demək olar ki, yararsız vəziyyətə düşüb.

Bildirilir ki, yanğın maşının elektrik sistemindəki nasazlıqdan yaranıb.

Yanan avtomobilin qiymətinin təxminən 400 min lirə olduğu bildirilir.

Xəbər lenti