Xəzər Xəbər

Bakıda yanğın baş verib

Hadisə | 09:39 • 8 Oktyabr 2018
Bakıda yanğın baş verib

Bakıda yanğın baş verib. Nəticədə bir nəfər tüstüdən zəhərlənib.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.


Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar