Xəzər Xəbər

Novxanıda 12 minlik qızıl oğurlayanlar tapıldı

Hadisə | 14:05 • 19 Sentyabr 2018
Novxanıda 12 minlik qızıl oğurlayanlar tapıldı
Novxanıda evdən oğurluq edən 2 nəfər tutulub.


XəzərXəbər DİN-in saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Novxanı qəsəbəsindəki evlərin birindən 200 manat pul və 12000 manat dəyərində qızıl –zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Qasım Abdullayev saxlanılıblar.

Xəbər lenti