Xəzər Xəbər

Samuxda ər arvadını döyərək öldürdü

Hadisə | 19:16 • 30 Aprel 2018
Samuxda ər arvadını döyərək öldürdü

Samuxda qətl hadisəsi baş verib.

Hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb./apa

Xəbər lenti