Bu il martın 9-da
Astara reydində "ŞA-284” bort nömrəli "Yamaha-85” mühərrikli üzmə
vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin
"Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq
səbəbindən xilas edilmələri barədə müraciət edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub
istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq
təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.
DSX
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi
axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən
sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib,
küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.