Xəzər Xəbər

İstanbuldan Bakıya “beşbarmaq” gətirdi

Hadisə | 10:39 • 22 Oktyabr 2017
İstanbuldan Bakıya “beşbarmaq” gətirdi

İstanbuldan Bakıya gələn vətəndaşda "beşbarmaq” aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ”ın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar