Xəzər Xəbər

Eldar Əzizov Tbilisidə AXC qurucularının məzarlarını ziyarət edib FOTO

Gündəm | 16:44 • 1 Oktyabr 2022
Eldar Əzizov Tbilisidə AXC qurucularının məzarlarını ziyarət edib

Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, görkəmli siyasi xadim sabiq xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər Tbilisi şəhərinin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının məzarlarını ziyarət ediblər.

E.Əzizov, H.Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri F.Quliyev panteonda Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin məzarları üstünə gül dəstələri düzüblər.

BŞİH-nin başçısı daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində və böyük ədib, həkim və dövlət xadimi N.Nərimanovun ev-muzeyində olub.

E.Əzizova hər iki muzeyin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eldar Əzizov muzeylərin fəaliyyəti ilə tanış olub, burada qorunan Azərbaycan mədəniyyəti nümunələrinə baxıb. (AZƏRTAC)