Xəzər Xəbər

Səfir: Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur FOTO

Gündəm | 16:20 • 1 Oktyabr 2022
Səfir: Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur

Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum.

Xezerxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould özünün tviter hesabında yazıb.

Səfir bildirib ki, interkonnektorun istifadəyə verilməsi Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır. “Bizim yaxın enerji tərəfdaşımız Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”, - deyə diplomatlar qeyd edib.

Xəbər lenti