Xəzər Xəbər

Din xadimləri imtahan verəcəklər

Gündəm | 11:46 • 24 May 2022
Din xadimləri imtahan verəcəklər

Azərbaycanda İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün ali və ya orta dini ixtisas təhsili olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, din xadimləri təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb və din xadimi işləmək üçün tələblər müəyyən edilib.

Gündüz İsmayılov əlavə edib ki, din xadimləri gələcəkdə test imtahanından keçirilə bilər. 

Onun sözlərinə görə, xarici ölkələrin təcrübəsində belə nümunə var: "Bizdə isə nümunə olaraq bu proses dövlət qulluğuna qəbul prosesinə uyğunlaşdırıla bilər. Din xadimlərinin işə qəbulu bir neçə mərhələdən, o cümlədən test imtahanından ibarət ola bilər. Hələlik ən uyğun qaydalar müəyyənləşdirilib".

Xəbər lenti